Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Şərur, Babək və Ordubad şəhərlərində mikro və kiçik sahibkarlıq subyektləri ilə görüşlər keçirilib.
Tezadlar.az bildirir ki, görüşlərdə iştirakçılara kameral vergi yoxlaması barədə məlumatlar verilib. Kameral vergi yoxlaması ilə bağlı göndərilən məktubların, digər maarifləndirici məlumatların vergi ödəyiciləri tərəfindən vaxtında oxunmasının, zəruri hallarda cavablandırılmasının vacibliyi, həmin səbəbdən ödəyicilərə məxsus elektron kabinetin mütəmadi olaraq yoxlanılmasının vacibliyi diqqətə çatdırılıb. Sahibkarlar bu sahədə rastlaşdıqları çətinliklər barədə suallarını və təkliflərini səsləndiriblər.
RÖVŞANƏ