Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


İyunun 21-i saat 20 radələrində 1971-ci il təvəllüdlü Mirqiyas Mirmövsümovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Sabirabad rayon prokurorluğundan “Təzadlar”a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qohumu 1987-ci il təvəllüdlü Fuad Zaidovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Mirqiyas Mirmövsümova odlu silahdan atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır. Fuad Zaidov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. Hazırda cinayət işi üzrə istintaq davam edir.