Əsas məzmuna keç

Ödəniş davranışları ilə daha dəqiq skorinq

Yeni skorinq məhsulu kredit təşkilatlarına müştərilərin ödəniş davranışlarını təhlil etməyə imkan verəcək.

Tezadlar.az xəbər verir ki, bunu “AzeriCard” MMC-nin İdarə Heyəti sədrinin müavini və Baş Biznes və Dəstək Direktoru Zakir Əhmədov “Azərbaycan Mikromaliyyə Assosiasiyası” (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında bildirib.

Onun sözlərinə görə, bu məhsul bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) mövcud skorinq modellərini təkmilləşdirməyə şərait yaradır: “Müştərilərin ödəniş davranışları əsasında onların hansı skorinq qrupuna aid olduğunu və nə zaman gecikmələrə yol verə biləcəyini daha dəqiq müəyyənləşdirmək mümkün olur. Hesab edirəm ki, bu məhsuldan istifadəyə başlamaq məqsədəuyğundur. Bundan əlavə, kreditlərin verilməsi prosesində BOKT-lar üçün müəyyən imkanlarımız mövcuddur. Bu imkanlar müştərini fiziki olaraq görmədən, məsafədən və onlayn qaydada identifikasiya etməyə şərait yaradır. Həmin identifikasiya mexanizmi vasitəsilə müştərilərin rəqəmsal və digər bank kartlarından istifadə imkanları da yaradıla bilər”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…