Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Bütün təhsil ekspertlərinə üzümü tutub deyirəm ki, buyurun gəlin, qiymətləndirmə mərhələsində iştirak edin!”
TEZADLAR.AZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Mən bütün təhsil ekspertlərinə üzümü tutub deyirəm ki, buyurun gəlin qiymətləndirmə mərhələsində iştirak edin. Sizə konkret olaraq tapşırırqlar verəcəyik, o tapşırıqlardan keçsəniz sizə də şans verəcəyik, qiymətləndirmədə iştirak edəsiniz. Yəqin ki, siz də hansısa bir ixtisasın mütəxəsisiniz. Biz bununla bağlı mediatura təhsil ekspertlərini mediatura dəvət etmişdik, əksəriyyəti gəlmədilər, sosial şəbəkədə status yazırlar, çox məşğuldurlar”- deyə o əlavə edib.
Xatırladaq ki, tanınməş təhsil eksperti Kamran Əsədov DİM-in 2025-ci il buraxılış imtahanlarının nəticələri ilə bağlı tənqidi fikirlər bildirib.
Y.Məmmədli