Əsas məzmuna keç

Məleykə Abbaszadə bəzi təhsil ekspertlərinə əsəbiləşdi: Gəlin, qiymətləndirmədə iştirak edin!

“Bütün təhsil ekspertlərinə üzümü tutub deyirəm ki, buyurun gəlin, qiymətləndirmə mərhələsində iştirak edin!”

TEZADLAR.AZ  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Mən bütün təhsil ekspertlərinə üzümü tutub deyirəm ki, buyurun gəlin qiymətləndirmə mərhələsində iştirak edin. Sizə konkret olaraq tapşırırqlar verəcəyik, o tapşırıqlardan keçsəniz sizə də şans verəcəyik, qiymətləndirmədə iştirak edəsiniz. Yəqin ki, siz də hansısa bir ixtisasın mütəxəsisiniz. Biz bununla bağlı mediatura təhsil ekspertlərini mediatura dəvət etmişdik, əksəriyyəti gəlmədilər, sosial şəbəkədə status yazırlar, çox məşğuldurlar”- deyə o əlavə edib.

Xatırladaq ki, tanınməş təhsil eksperti  Kamran Əsədov DİM-in 2025-ci il buraxılış imtahanlarının nəticələri ilə bağlı tənqidi fikirlər bildirib.

Y.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…