Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 May 2025 / 10:43

Elnur İbrahimovun şirkəti milyonlarla manatla ölçüləcək zərərə düşüb

“Zəyəm Texnologiyalar Parkı” Açıq Səhmdar Cəmiyyəti 2024-cü ili 4 milyon 77 min manat zərərlə başa vurub. Ötən il ASC-nin zərəri 1 milyon 725 min manat olub ki, bu da illik müqayisədə zərərin 2.4 dəfə artması deməkdir.

TEZADLAR.AZ    xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında bildirilir.

Ötən il “Zəyəm Texnologiyalar Parkı”nın satışlardan gəliri 25% azalaraq 5 milyon 312 min manat, əsas əməliyyat gəlirləri 18% azalaraq 6 milyon 528 min manat təşkil edib.
31 dekabr 2024-cü il tarixinə “Zəyəm Texnologiyalar Parkı”nın cəmi aktivləri 16 milyon 85 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 30% azdır.
Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 12 milyon 389 min manat, cəmi kapitalı isə 3 milyon 696 min manat olub.
Bölüşdürülməmiş zərər 21 milyon 386 min manatdan 14 milyon 609 min manata düşərək 6 milyon 777 min manat (31.7%) azalma göstərsə də bu, ümumi kapitalın azalmasının qarşısını ala bilməyib.Ödənilmiş nominal kapital isə sabit qalıb.
 “Zəyəm Texnologiyalar Parkı” ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 18 305 246 manatdır və qanuni təmsilçisi Elnur İbrahimovdur.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!