Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 May 2025 / 11:11

SƏNƏTİN ƏSGƏRİ SƏRKƏRDƏSİNƏ MEYDAN OXUYUR

(“Mənim düşüncələrim” silsiləsindən)
Dostlar, sizi bilmirəm, amma mən məlum müğənni Röya Ayxanın məşhur kino-rejissor Ayaz Salayevə meydan oxumasını başqa cür dəyərləndirə bilmirəm. Hesab edirəm ki, Azərbaycanda israfçı toylar, toylardan alınan insafsız pullar bizim mügənniləri qudurdub…
Yaxşı, nə baş verir, nə olub?! Fransanın Kann şəhərində növbəti beynəlxalq kino-festival keçirilir və mügənni Röya Ayxan hansısa qurumun sponsorlugü ilə bu tədbirdə iştirak edir. Qeyd etmək lazimdır ki, kino-festival Röya Ayxana rəsmi dəvət göndərməyib və ona “Azərbaycanın Mədəniyyət səfiri” adı verməyib. Kann festivalınin belə bir ad vermək səlahiyyəti də yoxdur…
Kino-rejissor Ayaz Salayev məsələyə aydınlıq gətirmək istəyib və deyib ki, “Kann kino-festivali açıq tədbirdir və burda hər adam iştirak edə bilər. Mən şəxsən 100 dəfə getmişəm, iştirak etmişəm. “Azərbaycanın Mədəniyyət səfiri” adının da bu tədbirə heç bir dəxli yoxdur.” Mügənni Röya Ayxan da yumub ğözünü, açib ağzını, atası yaşında mədəniyyət xadimini “olü”, özunü isə “olü dirildən” adlandırıb. Açması budur ki, Ayaz Salayev Röyanın adı ilə gündəmə gəlmək istəyir…
Və son olaraq. Ayaz Salayev özunü təsdiq etmiş, Azərbaycanın xaricində taninan beş-üç kino-rejissordan biridir. Bəs, Röya Ayxan kimdir, onu Azərbaycandan kənarda, obrazlı desək, Biləcəridən o yanda tanıyan varmı?!
Qalib ARİF
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!