Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qazaxıstan Parlamenti Senatının Beynəlxalq Əlaqələr, Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andrey Lukin informburo.kz portalına müsahibəsində ölkənin kosmik məqsədlər üçün özünün ultrayüngül raketini yaratmaq planlarını təsdiqləyib.
“Bu, təkcə texnoloji müstəqillik məsələsi deyil, həm də milli təhlükəsizliyin, ölkənin strateji mövqeyinin və yüksək texnologiyalı sənayenin inkişafının elementidir”, – deputat bildirib.
Tezadlar.az xəbər verir ki, onun sözlərinə görə, söhbət Yerin aşağı orbitinə qaldırma qabiliyyəti 500 kiloqrama qədər olan, zaman keçdikcə populyarlığı artan kiçik peyklərin buraxılması üçün istifadə oluna bilən raketdən gedir.
“Bu, real praktik təcrübəyə malik qazaxıstanlı mühəndis və konstruktorların yeni nəslinin formalaşmasına töhfədir”, – Lukin bildirib.
E.ŞİRİNOV