Sosial media platformalarında maraqlı xəbərlərdən biri də Tamstore supermarketlərində kiflənmiş yoqurtların endirimlə satılması barədədir. Tezadlar.az qeyd edir ki, FB istifadəçi Aygün Paşayeva yazır: “…Axır vaxtlar şəbəkəsini xeyli genişləndirdiyini görürəm. Amma xidmətləri 0-ın altındadır. Keçən dəfə də 6.42 AZN-lik şokoladı başqa bir malın barkodu ilə (18.88 manatlıq) vurmuşdular tərəziyə. Məsələni aydınlaşdıranda da iki saat çənə döyməli olduq baş kassirlə. Axırda da zərəri minnətlə ödədilər. Görünən odur ki, adını TAMstore qoysalar da, sistemləri natamam işləyir… Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, məsələ ilə bağlı ölçü götürəcəksiniz yəqin. Araşdırın, görək “qida zənci” adlandırdığınız proses hansı mərhələdə və kimlərin səhlənkarlığı ucbatından pozulub ki, uşaqdan-böyüyə hamının istehlak elədiyi belə bir məhsul xarab vəziyyətdə evimizə qədər gəlib çıxıb?! Yeri gəlmişkən, “Нежный” yoqurtlarını Azərbaycana “Aqro-Vest DC” MMC idxal edir. Onun da fəaliyyəti təftiş edilməlidir”.
Bu da foto-fakt…