Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 İyun 2025 / 23:57

İsrailin Baş naziri Prezident İlham Əliyevə minnətdarlıq edib

Azərbaycan unudulmayacaq dərəcədə gözəl mərhəmət və dostluq nümunəsi göstərmişdir.

TEZADLAR.AZ xəbər verir ki, bu fikir İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May – Müstəqillik Günü münasibətilə təbrikində yer alıb.

Təbrikdə deyilir: “Mən Azərbaycanın yəhudi icmasına və mədəniyyətinə davamlı dəstəyini, habelə İsrailə nümayiş etdirdiyi davamlı həmrəyliyi yüksək qiymətləndirirəm. Ölkəniz unudulmayacaq dərəcədə gözəl mərhəmət və dostluq nümunəsi göstərmişdir. Mən, həmçinin Azərbaycanın İsrail və Türkiyə arasında dialoqa təkan verilməsində, regional əməkdaşlığın inkişaf etdirilməsində roluna görə minnətdarlığımı bildirmək istəyirəm”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!