Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyun 2025 / 15:02

Naxçıvanda qeyri-dövlət sektorundan vergi daxilolmaları 26,9 faiz artıb

2025-ci ilin yanvar-may ayları ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 96 milyon manata yaxın vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 22,6 faiz və ya 17,7 milyon manat çoxdur.

Tezadlar.az xəbər verir ki, qeyri-dövlət sektorundan daxilolmalar 64,1 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 13,6 milyon manat və ya 26,9 faiz artıb.

Ödənilən vergilərin 66,8 faizi qeyri-dövlət sektorunun, 33,2 faizi isə dövlət sektorunun payına düşüb.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!