Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 İyun 2025 / 13:10

Türkiyə Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun təfərrüatlarını açıqlayıb

Rusiya və Ukrayna arasında danışıqların növbəti raundunun vaxtı və yeri barədə hələlik Ankaraya məlumat daxil olmayıb. Bu məsələlər birbaşa münaqişə tərəfləri tərəfindən həll edilir.

Tezadlar.az bildirir ki, bu barədə Türkiyənin diplomatik mənbəsi məlumat verib.

“Bu məsələni tərəflərin özləri həll etməlidirlər, onlar tarixi və yeri müəyyənləşdirirlər”, – mənbə bildirib.

Mənbənin sözlərinə görə, Türkiyə hələlik məlumat almayıb.

Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunun tarixi gələn həftə razılaşdırılacaq, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Məsləhətləşmələrin vaxtı və yeri ilə bağlı yekun qərarı Rusiya və Ukrayna nümayəndə heyətləri birgə qəbul edəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!