Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail və İran yaxın saatlarda atəşi tam dayandırmağa razılaşıblar. Tezadlar.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” şəbəkəsində yazıb. Şərhd deyilir: “İsrail və İran 12 saat müddətinə tam atəşkəs barədə razılığa gəliblər (indiki vaxtdan təxminən 6 saat sonra, İsrail və İran cari və son əməliyyatlarını başa çatdırdıqda!) və bu andan müharibə bitmiş hesab olunacaq”. Tramp deyib ki, ilk olaraq İran atəşi dayandıracaq, “12-ci saatda” bunu İsrail də edəcək. “24-cü saatda dünya 12 günlük müharibənin bitməsini qeyd edəcək, bu müharibə illərlə davam edə və bütün Yaxın Şərqi məhv edə bilərdi”.
Bununla belə, ötən gecə hər iki ölkə üçün gərgin keçib və intensiv olmasa da, qarşılıqlı raket zərbələri davam edib.