Çin Xalq Respublikasına səfər çərçivəsində iyunun 24-də Azərbaycan nümayəndə heyəti ilə Çin Xalq Respublikasının Radio və Televiziya Baş Dövlət İdarəsinin naziri xanım Çao Şumin və qurumun digər yüksək vəzifəli şəxsləri ilə görüş keçirilib. Tezadlar.az xatırladır ki, görüş çərçivəsində Audiovizual Şuranın sədri İsmət Səttarov Azərbaycan və Çin arasında digər sahələrdə olduğu kimi audiovizual media istiqamətində də əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb. O, hər iki ölkənin audiovizual tənzimləmə siyasəti ətrafında fəal dialoq apardığını qeyd edərək, müvafiq sahədə texnoloji mübadilə, süni zəka, irihəcmli data və “5G” kimi innovativ həllərin tətbiqi, eləcə də sənayenin birgə inkişafının xüsusi əhəmiyyət daşıdığını bildirib. Şura sədri həmçinin qeyd edib ki, tənzimləyici qurumlar arasında davamlı və effektiv əlaqələrin qurulması təcrübə mübadiləsini gücləndirəcək, koordinasiyalı fəaliyyətə töhfə verəcək.
Görüşdə Medianın İnkişafı Agenliyinin icraçı direktoru Əhməd İsmayılov və qurumun Departament rəhbəri İlkin Nadirov da iştirak ediblər.