Azərbaycan Dəmir Yolu 26-29 iyun qeyri-iş günlərində 64 656 sərnişin daşıyıb. Qurumdan tezadlar.az- a bildirilib ki, bölgü belə sıralanıb:

Abşeron dairəvi dəmir yolu – 54 505 nəfər

Bakı-Qazax-Bakı marşrutu – 6 196 nəfər

Bakı-Qəbələ-Bakı marşrutu – 1 544 nəfər

Bakı-Balakən-Bakı marşrutu – 2 411 nəfər
Qeyd edək ki, ADY 26-29 iyun tarixlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərib və bu müddət ərzində ölkədaxili marşrutlar üzrə 12 əlavə reys yerinə yetirilib, vaqon sayı tələbata uyğun olaraq artırılıb. Abşeron dairəvi dəmir yolu üzrə isə qatarların hərəkəti şənbə və bazar günlərinin qrafikinə uyğun tənzimlənib.
Bu da gələcək uğurlara bir körpüdür.
RAMİZ ƏHMƏDOĞLU