7 İyul 2025 / 13:46

Yekaterinburqlu jurnalist bu şəhərdə azərbaycanlılarla bağlı baş verənlərə buna görə təəccüblənib…

…Sverdlovskidə və Yekaterinqburqda populyar olan E1.RU saytının jurnalisti, şef redaktor Aleksandr Aşbel ötən ayın son günlərində şəhərdə azərbaycanlılara qarşı törədilmiş olaylarla bağlı köşə yazısında “Axı nə baş verir?” sualına cavab axtarmağa çalışıb. Yazının «Azərbaycan diasporu rəhbərinin hər kəsin gözü qarşısında saxlanması ilə bağlı suallara cavab…» yarımbaşlığının ardınca jurnalist öz mövqeyini təqdim edir. Tezadlar.az həmin köşə yazısının Azərbaycanla bağlı hissəsini təqdim edir: ««Axı nə baş verir?». Aleksandr Aşbel: Adam bu şəhərdə baş verən son hadisələrlə bağlı “Bu nə həftədir!” deyə qışqırmaq istəyir. Doğrudan da, Yekaterinburq uzun müddətdir ki, beynəlxalq gündəmdə deyildi və xüsusən də azərbaycanlılarla olan qalmaqal bunu ortaya qoydu. Bu ötən yeddi gün daha nə ilə yadda qalacaq?

Nə olduğunu bilsəydik…

İmprovizasiya tamaşası səhnələşdiriləndə elə görünə bilər ki, hər şeyin necə bitəcəyini yalnız rejissor bilir, amma əslində, o özü də sonu bilmir… Yekaterinburqda azərbaycanlıların kütləvi saxlanması ilə bağlı bu səs-küylü hekayə də belədir. Onun iştirakçılarından heç biri baş verənlərin səbəb və nəticələrindən xəbərdar olduğunu yüz faiz iddia edə bilməz. Ona görə də biz heç nə deməyəcəyik, xüsusən də Rusiya tərəfinin rəsmi şərhlərini barmaqla sayılacaq qədər saymaq olar və regional hakimiyyət və təhlükəsizlik qüvvələri, ümumiyyətlə, susmağa üstünlük verirlər. Bizə qalan yalnız suallardır.

Məsələn, birincisi, necə olur ki, diaspor rəhbərini (Oxu: Şahin Şıxlınski.Red.) hamının gözü qarşısında maşından sürüyüb çıxardaraq asfalta düzürlər, şahid kimi dindirməyə aparırlar, amma sonra da elə tez-tələsik buraxırlar?

Başqa bir sual: diaspor rəhbərinin oğlu əvvəlcə az qala maşınla təhlükəsizlik qüvvələrinin birinin üstündən keçib gedəcək, sonra isə fəal müqavimət göstərir, amma heç kim onu ​​orada saxlamır, sərbəst buraxırlar. Onun jurnalistlərə müsahibə verməyinə mane olmurlar… Bəs nə baş verir?

Şəxsən mən «Pionerka»nın yerli sakini kimi ən çox “Baku Plaza” ilə bağlı əhvalatdan incimişəm. Uzun illər bundan əvvəl utanmadan doqquzmərtəbəli yaşayış binasının qarşısında bir plakat ilişib qalmışdı ki, bura Azərbaycan xalçalarının sərgisi olan xidmət mərkəzi olacaq. Sonra nə baş verdi? Əvəzində biz baqqal mağazası, qəhvə mağazası və həqiqətən pis kuaför salonu olan başqa bir ticarət mərkəzi, zirzəmidə isə oyun avtomatları və sərgi əvəzinə restoran gördük… Və əminəm ki, bütün bu gözəllik salonu da, restoranlar da, dükanlar da… bizim təhlükəsizlik qüvvələrinin diqqətindən asanlıqla yayınacaq… Və yerli sakinləri “sevindirməkdə” davam edəcək… Gördünüzmü bu şəhərdə nələr baş verir…».

Sitatın sonu…

Təqdim etdi: Asif MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!