8 İyul 2025 / 11:49

“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” konfransı öz işinə başlayıb

Bu dəqiqələrdə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans öz işinı başlayıb.
Konfransın işundə iştirak edən, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili bildirdu ki, Konfransın rəsmi hissəsində Heydər Əliyevin və torpaqlarımız uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra Dövlət himni səsləndirildi.
Hazırda Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov giriş çıxışı etdi.”Hazırda konfransın mövzusu ətrafında panel çıxışlar davam edir…”.
Konfransın gündəliyində Milli Mətbuatın 150 illiyinə dair çıxışlar, Ulu Öndər Heydər Əliyevlə başlı xatirələrin söyləniləcəyi də  olacaq.
Elbar
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!