8 İyul 2025 / 16:13

Yeyib-içəndən sonra badə dostunu öldürdü ki…

Uzun müddətdir qalmaqallı bir cinayət işi yekunlaşdı, iş məhkəməyə göndərildi… Beləliklə, Bakıda 3 nəfəri öldürən dəstə başçısının MƏHKƏMƏSİndə maraqlı məqamlar yaşanıb. Təqsirləndirilən: “Əl-qolunu bağlayıb işgəncə verdik…”
Təsəvvür edin, dəstənin digər üzvləri ilə birgə Bakı şəhərinin müxtəlif ərazilərində bir sıra ağır və xüsusilə ağır cinayət əməlləri törətməkdə təqsirləndirilən Xalid Tağıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesində bu barədə danışılıb. Xalid Tağıyev deyib ki, hadisə yerində İlham, Elxan, Fuad, bir də özü olub. Sitat:
“Quldurluq üçün girdiyimiz Məmməd Hacıyevin evinə bizi Arif istiqamətləndirmişdi. Şüşəsi olmayan evə daxil olduq. Məmmədin əlini qolunu bağladıq və ona işgəncələr verdik. Nəticədə o, öldü… Yeyib-içməyə getdikdən sonra Arif cinayəti başqasına deyər deyə onu da öldürmək istədik. Arif söyüş söydüyü üçün onu döyməyə və başına təpik vurmağa başladıq. Sonra bel ilə Arifə xəsarət yetirdik. Bu zaman ağzından qan gəldi və can verməyə başlamışdı. Qonşu Cavanşirin bağında 2 metr dərinliyində məzar qazaraq Arifi orada basdırdıq. Hadisənin üstü bağlı qaldı. “Makar” tipli tapança ilə Zahidi də öldürdüm ki…”.
Buna nə ad verəsən: vəhşilik, dəlilik, cəmiyyətə yarasızlıq, yoxsa, nə…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!