Əsas məzmuna keç

Aparıcının həyat yoldaşı məhkəmə zalında həbs edilib

Samir Yəhyazadə barəsində yeni qərar verildi – 3 aylıq həbs qəti imkan tədbiri.

Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan “AİD Group” xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib.

nigaein eri

Tezadlar.az  xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qərar verib.

Daha sonra prokurorluğun apellyasiya protesti əsasında onunla bağlı yeni qərar qəbul edilib.

Bakı Apellyasiya Məhkəməsi Baş Prokurorluğun Binəqədi rayon Məhkəməsinin qərarı ilə bağlı apellyasiya protestini təmin edib. Samir Yəhyazadə məhkəmə zalında həbs olunub.

Samir Yəhyazadəyə Cinayət Məcəlləsinin 178.2.1 (Dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2-ci ( təkrar törədildikdə), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü ( xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 318-1.1-ci ( Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına qanunsuz gəlməsini, Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını, Azərbaycan Respublikası ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmə), 320.1-ci ( Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi Baş Prokurorluq tərəfindən araşdırılır.

Samir Yəhyazadənin həyat yoldaşı “AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi və rəhbəri Nigar Fərhad da bu ilin avqust ayında saxlanılıb, daha sonra barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Nigar Fərhad “Kanal S” və “AEB TV”-də aparıcı olub.  O, 2016-cı ildə xarixdə təhsil şirkəti olan AID GROUP-u təsis edib.

Nigar Fərhad

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…