8 İyul 2025 / 16:22

Qaçqın və Məcburi Köçkün Şagirdlərinə 8 Min Pulsuz Məktəbli Forması Veriləcək

Qaçqın və məcbur köçkün şagirdlərinə pulsuz məktəbli formaları veriləcək.

​​​​​​”Tezadlar.az” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təsərrüfat Hesablı Təchizat və İstehsalat İdarəsi Bakı Tikiş Evi ilə müqavilə bağlayıb.

Müqavilədə 42-48 ölçüdə həm oğlan, həm də qız şagirdlər üçün məktəbli dəstlərinin satın alınması nəzərdə tutulur.

Ümumilikdə isə 8 000 dəst məktəbli formasının satın alınması ilə bağlı BTE ilə bağlanılmış müqavilənin dəyəri 226 560 manat müəyyənləşib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!