Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 14-də Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Tezadlar.az xəbər verir ki, qəbul saat 11:00-da Ağsu rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ağsu şəhəri, Azərbaycan küçəsi, 25) keçiriləcəkdir.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinə (əlaqə vasitələri: (055) 655 57 65, (020) 265 33 04, chairman@scara.gov.az,dk-shamaxi@scara.gov.az) müraciət etmələri xahiş olunur.
RÖVŞANƏ