Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Ağdərədə minaya düşən şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə “Təzadlar”a TƏBİB-dən bildirilib. Məlumatda deyilir ki, ilkin tibbi yardım göstərilən zərərçəkmiş daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin edilən şəxs üzərində cərrahi əməliyyat icra olunacaq. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
Bu hadisələr hələ uzun müddət davam edəcək. O vaxta kimi ki, Ermənistanın keçmiş cinayətkar rəhbərliyi mina xəritəsini təqdim edəcək və bu tip hərbi cinayətlərə görə cavam verəcək!
Ramiz