Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Cari ilin yanvar-iyun aylarında – 6 ayda Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1,834 milyard manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 276 milyon 17,2% çoxdur. Belə ki, 2024-cü ilin eyni dövründə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1,558 milyard manatlıq avtomobil benzini və dizel yanacağı satılmışdı.
Orta hesabla hər ay Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılar avtomobil benzini və dizel yanacağına 305,6 milyon manat, hər gün isə orta hesabla 10,131 milyon manat xərcləyir. Avtomobil benzini və dizel yanacağı üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 6,2% təşkil edib.
Ötən ilin statistik nəticələri ilə builkinin müqayisəsindən də göründüyü kimi, Azərbaycanda sürücülərin ciblərini benzin pulu da talamaqdadır… Heç şübhəsiz ki, burda paytaxt yollarının saatlarla sürən tıxacları da böyük rol oynayır. Və belə demək mümkündürsə. bu, həm də tıxacların “qələbəsi”dir…
JASMİN