Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Polis əməkdaşları ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilaktik tədbirləri gücləndirilmiş şəkildə davam etdirir.
DİN-in Mətbuat Xidmətindən “Tezadlar.az”a verilən məlumata görə, yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevr edən sürücülər müəyyən olunur, onlarla maarifləndirici söhbətlər aparılır.
Sürücülərə qanunvericiliyin tələbləri izah olunur, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılır.
Hər bir sürücünün məsuliyyətli davranışı ümumi yol təhlükəsizliyinə töhfə verir. Bu səbəbdən, polis sürücüləri diqqətli olmağa, qaydalara riayət etməyə və yolda qarşılıqlı hörmət prinsipinə əməl etməyə çağırır.