Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gecə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə güclü yanğın baş verib. Yanğın təxminən az əvbəl tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilib. Tezadlar.az FHN- nə istinadla bildirir ki, hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində alovun qarşısı alınıb və mürəkkəbliyinə baxmayaraq geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb. Hadisə baş verən yerdə təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazi üzrə polis orqanları tərəfindən tədbirlər görülüb. Eyni zamanda yanğın baş verən əraziyə təcili tibbi yardım avtomobilləri də cəlb edilib.