14 İyul 2025 / 12:50

TV-lərdə reklam olunan Cahid Şahbazovun budəfəki xəstəsi ona cinayət işi açdırıb…

Daha bir  pasiyenti tanınmış oftalmoloq Cahid Şahbazovun etdiyi əməliyyatdan şikayətçidir.

TEZADLAR.AZ   xəbər verir ki, bir müddət əvvəl onun əməliyyat etdiyi Humay Əliyeva adlı xəstəsi sosial şəbəkələrdə sol gözünü kor etdiyini bildirib. Şikayətçinin sözlərinə görə, “Caspian Hospital”da adıçəkilən həkim tərəfindən gözünün yanlış müayinəsi aparılıb və səhv diaqnoz qoyulub: “Görmə qabiliyyətimi itirmişəm, əzələ və sinirlərim iflic olub, şiddətli ağrılardan əziyyət çəkirəm. Hüquq-mühafizə orqanlarının təyin etdiyi ekspertiza nəticəsində müəyyən olunub ki, əməliyyatdan əvvəl gözümdə Cahid Şahbazovun qoyduğu xəstəlik diaqnozu ilə bağlı heç bir problem olmayıb. Bir çox faktların olmasına baxmayaraq, Səbail Rayon Prokurorluğunda araşdırılan iş hələ də məhkəməyə göndərilməyib. Xahiş edirəm ki, bu iş yekunlaşdırılaraq məhkəməyə göndərilsin. Mənim timsalımda Cahid Şahbazovun qurbanı olan yüzlərlə xəstə var. Onlara deyir ki, siz mənə heç nə edə bilməzsiniz, mənim çox güclü vəkillərim var”.

Qadının videomüraciətinə tanınmış stilist Anar Ağakişiyev də rəy bildirib və oxşar problemlə üzləşdiyini qeyd edib: “Allah köməyiniz olsun. Demək olar ki, məni də bənzər vəziyyətə qoyub”.

H.Əliyeva  məlumatı özü də axşam.az -a təsdiqləyib: “Caspian Hospital”da işləyən Cahid Şahbazovun gözümdə törətdiyi dəhşətli əməliyyyata görə Səbail Rayon Prokurorluğunda Cahid Şahbazova cinayət işi açılıb. Həmçinin tibbi ekspertiza təsdiqlədiki gözümdə onun qoyduğu diaqnozla bağlı problem olmayıb. Heç bir problem olmadan gözümü yaman hala salıb. Bir ildən çoxdur ki, həkim axtarıram ki, onun pis günə qoyduğu gözümü düzəldə bilsin. Türkiyədəki həkimlər gözümü yoxlayanda ilk sualları bu oldu ki, əməliyyatı edən adam həqiqətən həkim olub? Dedim, bəli, Bakıda işləyən göz həkimidir. Onlar nə həkimi, nə məni tanıyırlar. Sadəcə bir pasient olduğumu bilirlər. Dedilər ki, o, kimdirsə, ümumiyyətlə bu sahədə təcrübəsi olmayıb. Çox təcrübəsiz insan tərəfindən əməliyyat edilib. Hətta dedilər ki, gözünü kim edibsə, bu sahədə təcrübəsi yoxdur. Çox təcrübəsiz biridir. Orada dedilər ki, gözün o qədər pisdir ki, zəmanət vermirik düzələcək, ya yox. Açıb baxmalıyıq ki, həkim nə törədib. Hətta Nigar Rzazadə gözümə elə bir tikiş atıb ki, şram qalıb. İnsan nə törədibsə, xaricdəki həkimlər aciz qalıblar”.

Bundan sonrakı gedişatı isə istintaq çözəcək – kimin haqlı, kimin haqsız olduğu tezliklə üzə çıxacaq.

Təqdim etdi: JASMİN

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!