Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Yas pulu işləyən və pensiya yaşına çatmış şəxslərə verilir. Elə olur ki, adamın pensiya yaşına çatmasına bir neçə ay qalıb və rəhmətə gedir, yaxınları isə yaş pulundan məhrum olur. Bir neçə il öncə bu məsələni qaldıran zaman məlumat verilmişdi ki, haqlı məsələdir, məsələnin əsaslı və müsbət yöndə həlli üçün addımlar atılır.
Xahiş edirəm ki, məsələnin hazırkı durumu ilə bağlı məlumat verilsin və müsbət həlli yönündə proseslər sürətləndirilsin”, – deyə bildirib.
Qeyd edək ki, hazırda dəfn üçün verilən müavinət bu şəxslərə şamil olunur: dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan, sığortaolunan şəxslər və əmək pensiyaçıları vəfat etdikdə.
Müavinətin məbləği – dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan və sığortaolnan şəxslər vəfat etdikdə – 600 manat, əmək pensiyaçıları vəfat etdikdə – əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində verilir.
Y.Məmmədli