15 İyul 2025 / 15:58

İndiyədək BTC kəməri ilə ixrac olunan Azərbaycan neftinin həcmi açıqlanıb

Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri istismara veriləndən 1 iyul 2025-ci il tarixinədək ümumi ixrac olunan Azərbaycan nefti həcmləri 612,2 milyon ton təşkil edib.

Tezadlar.az  xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) məlumatında deyilir.

Məlumatda bildirilir ki, bu həcmin 88 faizi BTC kəmərinin payına düşüb.

Qeyd edək ki,  2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalının ərazisində Azərbaycanın, Türkiyənin və Gürcüstanın dövlət başçıları Heydər Əliyev, Əhməd Necdət Sezər və Eduard Şevardnadzenin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyulub.

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri (BTC) “Əsrin müqaviləsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunacaq xam neftin dünya bazarına çıxışını təmin etmək üçün inşa edilmiş boru nəqliyyat vasitəsidir.

Kəmərin istismar müddəti 40 ildir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!