Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 İyul 2025 / 11:24

Bu da Böyük Qayıdışın bəxş etdiyi yeni həyat -VİDEO

İşğaldan azad edilmiş Zəngilan rayonunun yenidən tikilən Ağalı kəndi Böyük Zəfərin nəticəsinin rəmzlərindən biridir. Dövlət Qaçqınkom-dan “Təzadlar”a bildirilib ki, “Ağıllı kənd” konsepsiyası əsasında tikilən evlər, geniş küçələr, müasir tipli məktəb və uşaq bağçası, layiqli həyat şəraitini təmin edən zəruri infrastruktur doğma yurda qayıdan keçmiş məcburi köçkünlərin sevincinə şahidlik edir.

Rahat yaşayış, xoş güzaran, aydın gələcək hər bir sakində məmnunluq və qürur hissi doğurur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində hazırlanmış Ağalı kəndinin görüntülərini şərhsiz təqdim edirik.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!