Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov gələcək tələbələri ilə görüş keçirib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə rektor özü sosial media hesabında məlumat paylaşıb.
“Ali məktəbimizdə imtahanlarında yüksək bal toplayan və BANM-da təhsil almaq istəyən abituriyentlərlə görüşdük. Tədbirdə abituriyentlərlə yanaşı, onların valideynləri də iştirak edirdi. Onlara uğurlar arzulayaraq, BANM-ni seçdiklərinə görə onları təbrik etdik”, – deyə bildirib.
Elmar Qasımov həmin tələbələrin siyahısını da təqdim edib:
“Alı İsmayılov- l qrupun birincisi 697.5 bal;
Rəhim Fərəczadə 697 bal;
Emin İbrahimov 694.5 bal;
Tunar Nadirli 692.4 bal;
Müzəffər Qoşqarov 691.3 bal;
Məryəm Məmmədova 689 bal;
İlham Haqverdi 687.5 bal;
Röyalə Bəxtiyarova 685.5 bal;
Xədicə İsmayılzadə – ll qrupun birincisi 680 bal;
Mirağa Əliyev 675 bal;
Osman Həsənli 673.3 bal;
Fuad Cənnətov 673 bal;
Polad Hüseynov 671.7 bal.
Görüşdə ötən ilin Prezident təqaüdçüləri də iştirak edib, öz təcrübələrini abituriyentlərlə bölüşüblər. Sonda Ali Məktəbin maddi-texniki bazası, laboratoriyaları və tədris prosesi ilə tanış olublar”. – deyə o qeyd edib.
Təqdim etdi: Y.Məmmədli