18 İyul 2025 / 12:12

Marsda doğan Günəş-BUNLARI BİLİRDİNİZMİ?

Marsda Günəş mənzərəsi çox fərqlidir. Günəş Marsdan təxminən 230 milyon km uzaqdadır (Yerə olan məsafədən 1.5 dəfə uzaq). Bu səbəbdən Günəş Mars səmasında Yerə nisbətən kiçik və daha zəif parlaq görünür — Marsdan baxanda Günəş Yerdən göründüyündən təxminən 2 dəfə kiçik görünür. 
Marsın nazik və tozlu atmosferi Günəş işığını çox yayır və səmanı narıncımtıl-bənövşəyi rəngdə göstərir. Maraqlı fakt: Marsda gün batımı və Günəş doğumu zamanı səma mavi görünür — bu, Yerdəkinin tam əksidir!
Bu səbəbdən Marsda gün işığı Yerdəki qədər güclü və isidici deyil. Günorta vaxtı belə temperatur çox aşağı ola bilər. 
Foto elmi və vizual baxımdan çox dəyərlidir, çünki həm Mars atmosferinin quruluşunu, həm də Günəşin oradakı təsirini öyrənməyə imkan yaradır.
NAZİM

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!