21 İyul 2025 / 11:05

Seçicilərinin Vüqar Bayramova müraciət etdiyi əsas məsələlər: məşğulluq, bank kreditləri, əlillik…

İqtisadçı deputat Vüqar Bayramovun seçiciləri ilə növbəti görüşü Füzuli rayonu Alxanlı kəndində olub.
TEZADLAR.AZ   xəbər verir ki, bu barədə Vüqar Bayramov sosial media hesabında bildirib.
O, görüş zamanı 15-dən çox seçicisinin qayğılarını dinlədiyini və bəzi müraciətlərlə bağlı yerində qərarlar qəbul etdiyini deyib.

“Həmyerlilərimizin müraciətləri məşğulluq, bank kreditləri, mənzil təmiri, kommunal xidmətlər, əlillik dərəcəsinin alınması, sosial təminat və digər mövzuda idi.
Bir sıra müraciətlər ilə bağlı müvafiq dövlət qurumları əlaqə saxlamaqla görüşdə həllinə dəstək olduq. Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan digər məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq.
Horadiz şəhərində təşkil olunacaq növbəti görüşümüzdə iştirak etmək istəyən həmyerlilərimiz deputat köməkçisi Eltun Agakishiyev (0502268002) ilə əlaqə saxlamaqla öncədən qeydiyyatdan keçə bilərlər”, – deyə deputat diqqətə çatdırıb.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!