Millət vəkili media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edib
Millət vəkili Vüqar Bayramov Milli Mətbuat və Jurnalistika Günü münasibətilə mətbuat işçilərini təbrik edib.
TEZADLAR.AZ xəbər verir ki, o bu barədə sosial media hesabında yazıb.
“Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 150 il ötür. Hər bir ölkənin dayanıqlı və inkluziv inkişafında müstəqil və peşəkar jurnalistikanın rolu müstəsnadır. Azərbaycan milli mətbuatı özünəməxsus inkişaf yolu keçmişdir. Regionda formalaşan yeni düzən kontekstində Azərbaycan jurnalistikasının daha aktiv fəaliyyətinə xüsusi ehtiyac yaranmışdır.
Mətbuatımızın inkişafında böyük rola sahib olan, daim əzmkarlıqla çalışan media nümayəndələrimizi “Milli Mətbuat Günü” münasibəti ilə təbrik edir, fəaliyyətlərində uğurlar diləyirəm”, – deyə qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi?
Sosial şəbəkələrdə paylaşın