Əsas məzmuna keç

Ağdam və Ağdərədə çöllük yanır, mina təhlükəsi isə…

Ağdam və Ağdərə rayonları ərazilərində davam edən yanğın mina partlayışları ilə müşayiət olunur. Tezadlar.az yerli sakinlərə istinadla bildirir ki, Ağdərə rayonu Qazançı və Sırxavənd kəndi ərazilərinə qədər yayılan yanğın hələ də davam edir. Yanğının geniş yayıldığı ərazilərdə əsasən Qazançı kəndi istiqamətində mina partlayışları müşahidə edilir. Ərazinin dağlıq və minalı olması yanğının söndürülməsi işini çətinləşdirir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) “Təzadlar”a verilən açıqlamada isə deyilir ki, sözügedən əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Hələki yanğının nədən baş verdiyi rəsmi açıqlanmayıb. Lakin ilkin məlumata görə, bu yanğın ərazidə heyvandarlıqla məşğul olan çobanların əməli sayıla bilər.

Elşad

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…