28 İyul 2025 / 12:22

Gürcüstanda yanacaq bahalaşıb

Gürcüstanda yanacağın qiymətində artım qeydə alınıb. Qiymət artımı 19 iyul tarixindən etibarən başlayıb və dövri olaraq ölkədəki brend yanacaqdoldurma məntəqələrində özünü göstərir. Tezadlar.az xəbər verir ki, bu barədə “Petrol Prices” platforması məlumat yayıb.

Məlumata əsasən, yanacağın növündən asılı olaraq qiymət artımı 5-20 tetri arasında dəyişir.

Brend yanacaqdoldurma məntəqələrində yanacağın qiymətlərini təqdim edirik: Gulf (6 tetri bahalaşıb) G-Force Super – 3.53 lari G-Force Premium – 3.13 lari G-Force Euro Regular – 3.03 lari Euro Regular – 2.93 lari G-Force Euro Dizel – 3.09 lari Euro Dizel – 2.99 lari

Wissol (6 tetri bahalaşıb) Eko Super – 3.53 lari Eko Premium – 3.12 lari Eko Dizel – 3.04 lari Euro Dizel – 2.90 lari Euro Regular – 2.99 lari Dizel Energy – 2.94 lari

SOCAR (qiymətlər dəyişməyib) Nano Super – 3.45 lari Nano Premium – 3.05 lari Nano Euro Regular – 2.85 lari Euro 5 Dizel – 2.87 lari Nano Euro 5 Dizel – 2.99 lari (3 lari 1,88 manata bərabərdir)!

Rompetrol (5-8 tetri bahalaşıb) Efix Super – 3.54 lari Efix Euro Premium – 3.17 lari Euro Regular – 2.95 lari Efix Euro Dizel – 3.10 lari Euro Dizel – 3.05 lari

Portal (10-20 tetri bahalaşıb) Super – 3.10 lari Premium – 2.89 lari Euro Regular – 2.69 lari Euro Dizel – 2.94 lari Effektiv Dizel – 2.74 lari

Qlobal bazarda isə qiymətlər azalıb.

Belə ki, beynəlxalq bazarlarda neft ucuzlaşıb. Son ticarət məlumatlarına əsasən: 1 barel Brent markalı neft – 68.44 ABŞ dolları (-1.07%), 1 barel WTI markalı Amerika xam nefti – 65.16 ABŞ dolları (-1.32%) təşkil edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!