28 İyul 2025 / 11:56

Azərbaycanda mahlıc və iplik istehsalçıları istehsalı 30%-dək artırıblar

2025-ci ilin 6 ayı ( yanvar-iyun) ərzində  ölkədə 46 min tondan çox pambıq mahlıcı, 9,3 min tona yaxın pambıq ipliyi istehsal edilib.

TEZADLAR.AZ   Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə pambıq mahlıcının istehsalı 30,1 faiz, pambıq ipliyinin istehsalı isə 28,6 faiz artıb.

İyul ayının 1-nə hazır məhsul ehtiyatı pambıq mahlıcı üzrə 26,9 min ton, pambıq ipliyi üzrə isə 5,4 min ton təşkil edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!