Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xaricdə yaşayan və Azərbaycan dövlətinin əleyhinə yönələn açıq çağırışlarda təqsirləndirilən bloğer İmaməddin Əlimanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
TEZADLAR.AZ xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə qiyabi hökm oxunub. Hökmə əsasən, İmaməddin Əlimanov 7 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İmaməddin İntiqam oğlu Əlimanov 2025-ci ilin aprel ayında Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb. Rəsmi məlumata görə, o, 2019-cu ilin aprel ayından başlayaraq 2021-ci ilin may ayınadək olan müddət ərzində “youtube” sosial media hesabında “Xalq tv” adlı kanal təsis edib. Məlumatda qeyd olunub ki, İmaməddin Əlimanov həmin kanalda, o cümlədən “Osmanqızı tv” və “İnqilab tv” kanallarında yerləşdirdiyi videomüraciətlərində və çıxışlarında digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, eləcə də Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib. O, istintaqdan qaçıb Azərbaycan hüdudlarından kənarda gizləndiyindən ittiham elan edilməsi mümkün olmayıb.