Əsas məzmuna keç

DİN əməkdaşları bir gündə 45 cinayətin üstünü açıb – 10-u bağlı qalan cinayətlərdir

Asayiş keşikçilərinin  28 iyul 2025-ci il üzrə gündəlik hesabatı açıqlanıb.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev bildirib.
O diqqətə çatdırıb ki, qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

“Axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb”, – deyə DİN sözcüsü qeyd edib.
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…