30 İyul 2025 / 19:35

Naxçıvanda 36 yaşlı qadının meyiti həyətində tapıldı

Naxçıvanda qadının meyiti tapılıb.

Tezadlar.az xəbər verir ki, hadisə Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində qeydə alınıb.

Həmin küçədə yaşayan, 36 yaşlı Qurbanova Səbinə Qurban qızının meyiti gecə saatlarında ailə üzvləri tərəfindən yaşadığı evin həyətində aşkar edilib.

Faktla bağlı Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!