31 avqust 2026-cı il tarixinə bankların kredit portfeli 32 milyard 824 milyon 200 min manat təşkil edib. Bir il əvvəl (31 avqust 2025-ci il tarixində) portfel 28 milyard 704 milyon 900 min manat idi.
Tezadlar.az Azərbaycan Mərkəzi Bankının “Statistik bülleten”inin 2026-cı ilin avqust buraxılışına istinadən xəbər verir ki, kredit portfeli 4 milyard 119 milyon 300 min manat və ya 14,4% böyüyüb.
Biznes kreditləri 2,7 milyard manat artıb
Biznes kreditləri 31 avqust 2025-ci ildə 15 milyard 91 milyon 800 min manat olduğu halda, 31 avqust 2026-cı ildə 17 milyard 822 milyon 900 min manata çatıb. Artım 2 milyard 731 milyon 100 min manat və ya 18,1% olub. Ümumi kredit portfelində biznes kreditlərinin çəkisi 54%-dən yüksəkdir.
İstehlak kreditləri 10 milyard manatı keçib
Əhaliyə verilmiş istehlak kreditlərinin həcmi 9 milyard 114 milyon 500 min manatdan 10 milyard 261 milyon 200 min manata yüksəlib. Bir ildə artım 1 milyard 146 milyon 700 min manat və ya 12,6% təşkil edib.
İpoteka kreditləri 4,74 milyard manata çatıb
Bankların ipoteka kreditləri portfeli bir il ərzində 4 milyard 498 milyon 600 min manatdan 4 milyard 740 milyon 200 min manata yüksəlib. Artım 241 milyon 600 min manat və ya 5,4% təşkil edib.
Problemli kreditlərin məbləği 155,6 milyon manat artıb
Bank sektorunda qeyri-işlək kreditlərin həcmi 31 avqust 2025-ci ildə 791 milyon 200 min manat, 31 avqust 2026-cı ildə isə 946 milyon 800 min manat təşkil edib. Məbləğ 155 milyon 600 min manat və ya 19,7% artıb. Kredit portfelində qeyri-işlək kreditlərin xüsusi çəkisi isə 2,8%-dən 2,9%-ə yüksəlib.
fed.az







