Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2017-ci ildə ABŞ-də meydana gələn şimşək çaxması dünya rekordu qırıb.
“Tezadlar.az” xəbər verir ki, bu haqda Ümumdünya Meteorologiya Təşkilatı (WMO) hesabat dərc edib.
Hesabatda qeyd edilib ki, 2017-ci ilin oktyabrında ABŞ-də müşahidə edilən 829 kilometrlik təbiət hadisəsi ən uzun ildırım təyin edilib.
Bildirilir ki, sözügedən ildırım həmin ilin araşdırmalarına daxil edilməyib, lakin sonradan o aşkarlanıb və bu qənaətə gəlinib.
İldırım Texasın şərqindən Missuri ştatının Kanzas Siti şəhərinə qədər uzanıb.
Açıqlamada qeyd olunub ki, bu uzunluq Fransanın Parisi ilə İtaliyanın Venesiya şəhərləri arasındakı məsafəyə uyğundur.
Qeyd edək ki, bundan öncəki rekord 2020-ci ilin aprelində ABŞ-də görülən 768 kilometrlik ildırım olub.