Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın Kamçatka diyarında Bakı vaxtı ilə saat 18:35 radələrində (yerli vaxtla avqustun 1-i saat 02:35-də) 6,1 maqnitudalı zəlzələ baş verib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Afterşok Sakit Okeanın təxminən 24 km dərinliyində qeydə alınıb, ocağı isə Petropavlovsk-Kamçatskidən 239 km aralıda yerləşir.
Bu afterşok əsas zəlzələdən sonra ən güclü afterşoklardan biri olub. Son bir neçə saat ərzində maqnitudası 4-5,9 arasında olan afterşoklar təxminən hər 10-20 dəqiqədən bir qeydə alınır və onların tezliyi tədricən azalır.
Xatırladaq ki, iyulun 30-da yerli vaxtla saat 11:24-də (Bakı vaxtı ilə 03:24) Sakit Okeanda Kamçatka yaxınlığında 8,7 bal gücündə zəlzələ baş verib. Təkanların episentri Petropavlovsk-Kamçatskdan 161 km şərqdə, 32 km dərinlikdə yerləşib. Bu, 1952-ci ildən bəri regionda baş verən ən güclü zəlzələdir.