4 Avqust 2025 / 16:24

“Krokus”da terror aktının 15 ortağından 8-i günahını qismən etiraf edib

Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında törədilən terror aktının bilavasitə icraçılarının səkkiz ortağı cinayətlərdə təqsirli olduqlarını qismən etiraf ediblər.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a 127 zərərçəkmişin nümayəndəsi, vəkil Lyudmila Aivar məlumat verib.

“Cinayətin 15 ortağı arasında səkkizi günahını qismən etiraf edib, yeddisi isə təqsirini inkar edib”, – Ayvar bildirib.

Umedjon Soliev, Mustakim Soliyev, Shaxromdjon Gadoev, Zubaydullo Ismoilov, Hüseyn Xamidov, Muhammad Zoir Sharipzoda, Yakubdjoni Davlatxon Yusufzoda və Nəzrimad Lutfulloi təqsirlərini qismən etiraf ediblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!