Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında törədilən terror aktının bilavasitə icraçılarının səkkiz ortağı cinayətlərdə təqsirli olduqlarını qismən etiraf ediblər.
Tezadlar.az bildirir ki, bu barədə TASS-a 127 zərərçəkmişin nümayəndəsi, vəkil Lyudmila Aivar məlumat verib.
“Cinayətin 15 ortağı arasında səkkizi günahını qismən etiraf edib, yeddisi isə təqsirini inkar edib”, – Ayvar bildirib.
Umedjon Soliev, Mustakim Soliyev, Shaxromdjon Gadoev, Zubaydullo Ismoilov, Hüseyn Xamidov, Muhammad Zoir Sharipzoda, Yakubdjoni Davlatxon Yusufzoda və Nəzrimad Lutfulloi təqsirlərini qismən etiraf ediblər.
E.ŞİRİNOV







