Əsas məzmuna keç

3 uşaq anası marketdə həyat yoldaşının zorakılığına məruz qaldı

obggg zorakiliga meruz qalan qadinlar en cox bu rayondadir

İllərdir həyat yoldaşının fiziki və psixoloji zorakılığına məruz qalan 3 uşaq anası növbəti dəfə ağır şiddətə məruz qalıb. Hadisə ictimai yerdə – marketdə, insanların və qadının azyaşlı övladlarının gözü qarşısında baş verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Mehriban Qadın Uşaq Sığınacağı məlumat yayıb.

Sığınacaqdan verilən məlumata görə, zərərçəkənin övladlarından biri autizm spektrli pozuntudan əziyyət çəkir. Hadisənin bu azyaşlı uşağın gözləri önündə baş verməsi onun psixoloji vəziyyətini daha da ağırlaşdırıb.

“Hazırda qadının həyatının təhlükədə olduğu bildirilir. Ən narahatedici məqam isə şiddət göstərən şəxsin hələ də sərbəst şəkildə dolaşmasıdır.

Bu qadın və 3 övladı üçün təhlükəsizliyin təmin olunması çox vacibdir. Belə hallarda susmaq və göz yummaq daha böyük faciələrə səbəb ola bilər.

Ümid edirik ki, aidiyyəti qurumlar məsələyə təxirəsalınmaz şəkildə müdaxilə edəcək və qadının və övladlarının təhlükəsizliyi təmin olunacaq.” deyə məlumatda bildirilib.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…