Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecə saatlarında Bakı şəhəri, Səbail rayonunun Buxta küçəsində transformatorda güclü yanğın baş verib. Tezadlar.az xəbər verir ki, hadisə yerinə FHN qüvvələri və polis əməkdaşları cəlb edilib. Yanğının ətrafa yayılmaması üçün Buxta küçəsində elektrik enerjisinin verilişi dayandırılıb. Bir neçə saatdan sonra yanğın ram edilib.
Mütəxəssislərin bildirdiyinə görə, havaların isti keçməsinə görə, transformatordan qidalanan mənzillərdə kondisioner qoşulmaları fasiləsiz olduğundan qızma baş verib və bu da yanğına səbəb olub.
Xaliq