7 Avqust 2025 / 00:12

Lənkəranda iki mərtəbəli evdə yanğın: ev tamamilə yanıb kül oldu

Lənkəranda yanğın hadisəsi baş verib.

Tezadlar.az xəbər verir ki, hadisə rayonunun Boladi kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini 59 yaşlı Vasif  Məlikova məxsus ikimərtəbəli evdə yanğın olub. Yanğının miqyasının qısa müddətdə sürətlənməsi əraziyə gələn  yanğından mühafizə bölməsinin əməkdaşlarının işini çətinləşdirib. Ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!