Əsas məzmuna keç

Şəmkirdə 7 nəfərin ölümü ilə bağlı rəsmi açıqlama yayıldı

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 75

BDYPİ Şəmkirdə 7 nəfərin öldüyü ağır qəza ilə bağlı açıqlama yayıb. Tezadlar.az xatırladır ki, açıqlamada avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həlak olması, bir neçə nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması bildirilir. “Hadisə “Mercedes Sprinter” markalı mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində baş verib. Fakt üzrə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Hadisənin hansı səbəbdən baş verməsi müvafiq araşdırmalardan sonra müəyyən ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.

Adi məntiq də deyir ki, mikroavtobusun sürücüsü qeyri- peşəkar hərəkət edib və sürət həddindən lazımi anda istifadə edə bilməyib.

Xaliq

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…