Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Köpək balıqları Türkiyənin məşhur Bodrum kurortunun sahilinə üzərək turistləri qorxudub.
Tezadlar.az xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı yazır.
Yırtıcıların peyda olması ilə əlaqədar xilasedicilərin təcili olaraq istirahətçiləri dənizdən çıxardığı dəqiqləşdirilir. Hadisənin şahidi olanlar jurnalistlərə deyiblər ki, insanların yanında olan köpək balıqları pilotsuz uçan aparatdan görünüb.
Turistlər yırtıcılar üzərək uzaqlaşana qədər sahildə gözləyiblər, sonra yenidən üzməyə başlayıblar.
Bundan əvvəl Türkiyənin daha bir məşhur kurortunda – Alanyada köpək balığı görüntülənib. Orada istirahət edən qadın bunu videoya çəkib və hadisə barədə xilasediciyə məlumat verib.
E.ŞİRİNOV