8 Avqust 2025 / 13:05

Tramp Qəzzadakı kütləvi aclığa görə Netanyahuya qışqırıb

ABŞ prezidenti Donald Tramp Qəzza zolağında kütləvi aclıq barədə məlumatların HƏMAS tərəfindən uydurulduğunu iddia edən İsrailin baş naziri Binyamin Netanyahuya qışqırdı.

Tezadlar.az bildirir ki, bu barədə “NBC News” adı açıqlanmayan keçmiş ABŞ rəsmilərinə istinadən xəbər verir.

Bu hadisə iyulun 28-də telefon danışığı zamanı baş verib.

Telekanalın mənbələrinin məlumatına görə, söhbət zamanı Tramp Netanyahunun sözünü kəsərək qışqırmağa başlayıb və aclığın saxta olduğunu eşitmək istəmədiyini, köməkçilərinin ona Qəzza zolağında uşaqların aclıqdan öldüyünə dair sübutlar göstərdiyini bildirib.

Məqalədə qeyd olunur ki, ABŞ prezidentinin xüsusi nümayəndəsini ötən həftə regiona getməyə sövq edən məhz bu söhbət olub.

Bundan əvvəl bildirilmişdi ki, Qəzza zolağında kəskin ərzaq qıtlığı var – bu səbəbdən yerli uşaqlar ölüm ayağındadır.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!